Dekabrın 7-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Maliyyə və maliyyə institutları kafedrasının əməkdaşları, ݮƵ-in fəxri professoru Ramiz Rzayevi təqaüdə yola salıblar. Kafedranın professorları R.Rzayev uzun illərdir iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xismətləri olduğunu bildiriblər. O, eyni zamanda universitetin ictimai-siyasi həyatında da fəal iştirak edib. Maliyyə və maliyyə institutları kafedrasının professor-müəllim heyəti Ramiz Rzayevə uzun ömür, can saqlığı arzulayaraq, onun doğma kollektivlə daimi dostluq əlaqəni qoruyub saxlayacağına əminliklərini ifadə ediblər.
R.Rzayev 1938-ci ildə anadan olub. 1961-ci ildə ali təhsilini başa vuraraq, bir müddət bank sistemində çalışıb. 1965-1969-cu illərdə aspiranturanı bitirib və namizədlik dissertasiyasını müdafiə edib. 1969-cu ildən indiyə qədər Maliyyə kredit ixtisası üzrə müəllim, baş müəllim və dosent vəzifəsində çalışıb, həm də rəhbər vəzifələri tutub. 100-dən çox elmi məqalə, dərslik və dərs vəsaitlərinin müəllifidir. ݮƵ-in fəxri professorudur.