Oktyabrın 2-də İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi Ülviyyə Vəliyeva, Ekstra servis MMC-nin təsiscisi və direktoru Elmir Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Kommersiya fakültəsinin tələbələri ilə görüşüb.
Görüşdə ݮƵ-in məzunu, şəhid Elşən Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov qonaqlara ݮƵ-də tətbiq olunan yeniliklər barədə məlumat verib, beynəlxalq standartlara cavab verən infrastruktur haqqında danışıb.
Ekstra servis MMC-nin təsisçisi və direktoru E.Əliyev Kommersiya müəssisələrində marketinq kommunikasiya sisteminin səmərəli təşkili mövzusunda çıxış edib. Kommersiya sirlərinin vacib məqamlarını tələbələrə çatdırıb. Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda qonaqlara və tələbələrə hədiyyələr təqdim edilib.