Görüşün bu dəfəki fəxri qonağı millət vəkili, AMEA-nın həqiqi üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, əməkdar incəsənət xadimi, tanınmış ictimai xadim, yazıçı, publisist olub.
Professorlar Klubunun Rəyasət Heyətinin sədri, Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov ݮƵ-də son illərdə həyata keçirilən yeniliklər barədə məlumat verərək, əldə olunan nəticələrdən danışıb. R.Hüseynov ݮƵ-in regionun ən nüfuzlu universitetlərindən birinə çevrilməsini qürurla izlədiyini bildirərək, bu ali təhsil ocağının Azərbaycan təhsil məkanında özünəməxsus yeri olduğunu vurğulayıb.
Görüşdə Professorlar Klubunun fəaliyyətindən söz açılıb. Ə.Ələkbərov bildirib ki, Professorlar klubunda mütəmadi olaraq ölkənin nüfuzlu alimləri, tanınmış ictimai siyasi, incəsənət xadimləri ilə görüşlər keçirilir. Qeyri-rəsmi formatda keçirilən görüşlərdə qonaqlar ݮƵ professorları ilə həyat təcrübələrini bölüşür, cəmiyyətdə aktual olan mövzular barədə fikir mübadiləsi aparırlar.
Ölkə ziyalılarını birləşdirən platformanın fəaliyyətini yüksək qiymətləndirən R.Hüseynov Professorlar klubunun yaradılması təşəbbüsünü alqışladığını bildirərək, klubun fəxri qonağı olmaqdan məmnunluğunu ifadə edib. O, ziyalı klubu modelinin Avropanın bir çox dövlətlərində formalaşdığını diqqətə çatdırıb və klubun üstünlüklərindən danışıb. Çağdaş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətindən danışan əməkdar incəsənət xadimi, bu sahədə baş verən yenilikləri ݮƵ-in professorları ilə bölüşüb.
Görüş müzakirələrlə davam edib. Sonda Rafael Hüseynov İmzamız kitabını Professorlar klubuna hədiyyə edib.