ݮƵ

ݮƵ-in Zaqatala filialında Bilik günü

15 sentyabr, 2017

ݮƵ-in Zaqatala filialındaBilik günü münasibətilə tədbir keçirilib.

Filialın kollektivi öncə şəhərin Heydər Əliyev parkında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər, onun əziz xatirəsini yad ediblər.

Bilik Günündə filialın kollektivinə ݮƵ rektoru, professor Ədalət Muradovun müəllim və tələbələrə ünvanladığı təbriki səsləndirilib. ݮƵ kollektivini yeni tədris ili münasibətilə təbrik edən rektor onlara daha yüksək zirvələri fəth etməyi arzulayıb.

*

*
Filialın direktoru, professor  Orucəli Rzayev və Zaqatala rayon icra hakimiyyətinin birinci müavini Tofiq Əhmədov Bilik günündə Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışıblar. Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün yüksək bilik və bacarığa malik, intellektual gənclərə daim ehtiyac olduğunu bildirərək tələbələrə təhsillərində uğurlar arzulayıblar.

Sonra ݮƵ-in Zaqatala filialına yüksək bal toplayaraq qəbul olan tələbələrə hədiyyələr təqdim edilib.