Elxan Hüseynzadə 1997-ci il iyulun 9-da Masallıda anadan olub. Orta təhsilini Bakı şəhərində 212 saylı məktəbdə alıb. 2014-cü ildə ݮƵ-in Biznes və Menecment fakültəsinə daxil olub. Hazırda menecment ixtisası üzrə təhsil alır.
Uşaqlıq dövründən idmanın üzgüçülük və basketbol növü ilə həvəskar məşğul olan Elxan sonralar modellik sənətinə daha çox maraq göstərib. Modellik sahəsi üzrə Türkiyədə ali təhsil alan Elxan 2015-ci ildən professional model kimi çıxış edir. Dəfələrlə Türkiyədə keçirilən moda dəfilələrinin, Azərbaycan Fashion Weekin iştirakçısı olub.
Bu il isə Elxan model sahəsi üzrə daha böyük uğura imza ataraq Best Model of Azerbaijan 2017 yarışmasının qalibi olub. O, Fransada keçirilən Best model of the World yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Bu günlərdə Parisdə keçiriləcək müsabiqədə Elxan Azərbaycanı 56 ölkə arasında təmsil edəcək.
Elxan modellik sahəsinin bütün çəkinliklərinə (idman, ciddi qida rejimi) baxmayaraq, menecment ixtisası ilə paralel olaraq bu sənəti də davam etdirməyi düşünür.
ݮƵ tələbəsinə Best model of World yarışmasında uğurlar arzulayırıq!
ݮƵ istedadları
Sərxan Cəfərov ݮƵ istedadları şair və rəssam (24.11.2017)
Elnur Musayev ݮƵ istedadları- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov ݮƵ istedadları model tələbə(10.11.2017)
Anar Bağırov ݮƵ istedadları gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov ݮƵ istedadları tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə ݮƵ istedadları tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova ݮƵ istedadları – tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə ݮƵ istedadları rəssam tələbə(29.09.2017)