Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov dünyanın aparıcı informasiya agentliyi olan Thomson Reutersin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin rəhbəri Oleq Utkinlə görüşüb.
Görüş zamanı ݮƵ-lə Thomson Reuters arasında əməkdaşlıq münasibətləri müzakirə edilib. Elmi kommunikasiya mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi, dünya standartlarına uyğun elmi jurnalın nəşri, elmimetrik mövzuda dərsliyin tərcüməsi və digər məsələlərdən danışılıb. Eyni zamanda may ayında Thomson Reuters və ݮƵ-in birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransa hazırlıqla bağlı detallar da görüşün müzakirə mövzusu olub.