ݮƵ

ݮƵ müəllimləri dünyanın nüfuzlu tədqiqatçıları ilə bir sırada

16 YANVAR 2017 | VIEWS:

Fransada nəşr olunan nüfuzlu Outre-Terre Revue française de géopolitique jurnalının sonuncu sayı Avrasiya regionuna həsr edilib. Dünyanın nüfuzlu alim və tədqiqatçılarının məqaləsi dərc edilən jurnalda ݮƵ müəllimlərinin də elmi əsərləri yayımlanıb.

Nüfuzlu beynəlxalq nəşrdə ݮƵ-in İqtisadiyyat və İşlətməkafedrasının müəllimi, beynəlxalq münasibətlər üzrə elmlər namizədi Nazim CəfərovunAzərbaycan-Rusiya münasibətlərində geomədəni amillər, ݮƵ-in İqtisadiyyat və İşlətmə kafedrasının müəllimi Araz AslanlınınAzərbaycanın enerji strategiyası, eləcə də Araz Aslanlı ilə Milli Məclis Aparatı Analitik informasiya şöbəsinin müdir müavini, elmlər doktoru Hatəm Cabbarlının birgə qələmə aldığı Türkiyə-Azərbaycan: ideoloji bağlar, yoxsa strateji münasibətlər adlı əsərləri yer alıb.

Azərbaycanlı tədqiqatçıların əsərlərində Azərbaycanın xarici siyasətinin ümumi strukturu, konkret olaraq enerji siyasətinin əsasları, qonşu dövlətlərdən xüsusilə Türkiyə və Rusiya ilə olan münasibətlər geniş təhlil edilıb, gələcəyə dair mülahizələr yürüdülüb.

Outre-Terre Revue française de géopolitique jurnalının baş redaktoru Paris Sorbonne Universitetinin professoru Mişel Korinmandır.

Məqalələrlə burada tanış ola bilərsiniz: