Dekabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Menecment kafedrasının müəllimləri dosent Natiq Qurbanovvə gənc müəllim Zülfiyyə SadıqovaIV Beynəlxalq Elmi-Praktiki internet konfransına online qatılıblar.
Moskva Texnoloji Universiteti və Praqa şəhərinin regional inkişaf mərkəzinin təşkil etdiyi konfransın mövzusu Müasir təhsildə innovasiya texnologiyaları olub. MDB ölkələrinin aparıcı ali təhsil müəssisilərinin qatıldığı konfransda ݮƵ müəllimləri Ali təhsil sistemində tədrisin keyfiyyətinin idarə olunmasının səmərələşdirilməsi mövzusu ilə çıxış ediblər. Onlar, ݮƵ-də bu sahədə aparıcı təcrübə haqqında ətraflı məlumat veriblər. ݮƵ müəllimləri konfrans iştirakçılarının suallarını cavablandırıblar. Onların məruzəsinin konfransın materiallar kitabında çap olunacağı bildirilib.
Online konfransda iştirak edən alimlər ݮƵ-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıblar.