ݮƵ

ݮƵ müəllimlərinin reytinqində üçüncü – prof. Zahid Məmmədov

06 OKTYABR 2016 | VIEWS:

Zahid-m111-Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Maliyyə və maliyyə institutları kafedrasının professoru Zahid Məmmədov 2015/2016-cı tədris ili üzrə differensial əmək haqqı sistemində ilk 100-yə daxil olan müəllimlərin reytinq sıralamasında üçüncü yerdə qərarlaşıb.

1965-ci ildə doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-iqtisad İnstitutunun Bakı Filialında bakalavr, 1998-cü ildə Mərmərə Universitetində fəlsəfə doktoru, 2006-cı ildə isə Sankt-Peterburq Dövlət Maliyyə-iqtisad Universitetində iqtisad elmləri doktoru dərəcəsi alıb. Maliyyə və bankçılıq üzrə mütəxəssisdir. Hazırda ݮƵ Maliyyə və maliyyə institutları kafedrasının professoru və Elm şöbəsinin müdiridir. ݮƵ-də tətbiq edilən differensial əmək haqqı sistemində 2015-2016-cı tədris ilində reytinq balına (43,235) görə üçüncü müəllim olub. Differensaial əmək haqqı sistemində Zahid Məmmədovun balı aşağıdakı göstəricilər əsasında formalaşır:

Elmi nəşr və istinadlar

–         AMEA-nın Xəbərləri İqtisadiyyat seriyası jurnalının 2015-4 sayında Monetar siyasətin tətbqiində məqsəd və vəzifələr: təhlil və qiymətləndirmə adlı məqaləsi;

–         Nüfuzlu milli nəşriyyat tərəfindən nəşr edilmiş Bank sektorunda böhran, pul siyasəti və maliyyə bazarlarına nəzarət modeli: aktual meyllər və dünya təcrübəsi adlı monoqrafiyası;

–         Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu adlı elmi-praktiki konfransın materiallarında nəşr olunmuş Fiskal siyasətin prioritet istiqamətləri adlı elmi məruzəsi;

–         Ekonomika i upravlenie: problemı, reşeniya jurnalının may 2016 sayında nəşr edilmiş Модернизации финансового надзора и регулирования: мировой опыт и актуальные тенденции adlı məqaləsi;

–         Rusiya Dövlət Humanitar Universitetində 2016-cı ildə keçirilən beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş Перспективы развития алтернативных финансовых институтов: страновые особенности и применение в странах СНГ adlı elmi məruzəsi;

–         Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə və uçot jurnalının 3/2016 sayında nəşr edilmiş Dünya təcrübəsi kontekstində Maliyyə Bazarlarına Nəzarət sistemi: təhlil və qiymətləndirmə adlı məqaləsi;

–         Ekonomika i upravlenie: problemı, reşeniya jurnalının redaksiya şurasının üzvlüyü;

–         Müasir Şəraitdə Auditin Tənzimlənməsinin Aktual Problemləri adlı beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş Maliyyə sabitliyinin təminatında bank nəzarət orqanlarının rolu: dünya təcrübəsi və Azərbaycan reallığı adlı elmi məruzəsi;

–         Qanun elmi hüquq jurnalının redaksiya heyətinin üzvlüyü;

–         Audit jurnalının 4/2015 sayında nəşr edilmiş Bank fəaliyyətində pul siyasətinin təhlili və qiymətləndirilməsi prinsiplərinin konseptual əsasları adlı məqaləsi;

–         Qanun elmi hüquq jurnalının 03(257)2016 sayında nəşr edilmiş Bank sistemində islahatların gücləndirilməsinə böhranın təsiri: dünya iqtisadi təcrübəsində əsas inkişaf yolları adlı məqaləsi;

–         Kooperasiya elmi-praktiki jurnalının 1(40)2016 sayında nəşr edilmiş Bank sisteminin dayanıqlılığının tənzimlənməsinin metodları və monitorinq üsulları adlı məqaləsi;

–         Kooperasiya elmi-praktiki jurnalının 4(39)2015 sayında nəşr edilmiş Böyük 7-lər qrupuna daxil olan ölkələrin bank sistemi: təhlil və qiymətləndirmə adlı məqaləsi;

–         Rusiya Dövlət Humanitar Universitetində 2015-ci ildə keçirilən beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş Перспективы развития альтернативных финансовых институтов: страновые особенности и применение в станах СНГ adlı elmi məruzəsi;

Elmi tədbirlər

–         AMEA və ݮƵ-in təşkil etdiyi Elm və Təhsilin Vəhdəti: Qlobal Çağırışlar və Lokal İmkanlar adlı konfransda məruzəçi;

–         Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində təşkil edilən İtirilən artımın axtarışında adlı II Beynəlxalq Forumda məruzəçi;

–         Sankt-Peterburq Dövlət Universitetində keçirilən VII Beynəlxalq elmi-praktiki konfransda məruzəçi;

–         Rusiya Dövlət Humanitar Universitetində keçirilən XI Beynəlxalq elmi konfransda məruzəçi;

–         Müasir elmin aktual problemləri adlı Respublika elmi konfransında məruzəçi;

–         Doktorantların və Gənc tədqiqatçıların XX respublika elmi konfransında moderator;

–         Rusiyada keçirilən Dünya Universitetləri adlı beynəlxalq konfransda məruzəçi;

–         ݮƵ-də keçirilən gənc tədqiqatçıların elmi konfransında moderator;

–         ݮƵ-də Müasir dünyada yeni meyllər və aktual problemlər mövzusunda keçirilən konfransda moderator;

əə

–         Tələbənin müəllimi qiymətləndirmə anketində balı 84,167;

–         Tələbələrinin mənimsəmə səviyyəsi 60,781.

Elmi rəhbərlik

–         Müdafiə edən 1 diplomata rəhbərlik;

–         Müdafiə edən 2 magistranta rəhbərlik;

–         Müdafiə edən 1 doktoranta rəhbərlik;

ə-metodiki vəsaitlər

–         Hazırlanan 1 dərs vəsaitinin müəllifi olmuşdur.

–         Hazırlanan 1 proqramın həmmüəllifi olmuşdur.

ə komissiyaları

–         ݮƵ tədris-metodiki Şurasına üzvlük;

–         ݮƵ Elmi seminarına üzvlük;

–         ݮƵ doktorluq imtahanlarının keçirilməsi komissiyasına üzvlük;

–         ݮƵ doktorluq dissertasiya müdafiəsi şurasına üzvlük;

–         Magistr Dissertasiyaları üzrə İxtisaslaşmış müdafiə şurasında üzvlük;

–         ݮƵ Özünüqiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi şurasına üzvlük;

–         ݮƵ doktorantura pilləsində ixtisas imtahanlarının keçirilməsi komissiyasına üzvlük;

–         Differensial əmək haqqı komissiyasında üzvlük.

İxtisasa uyğun seminar və treninqlərdə iştirak

–         Thomson Reutersin informasiya resurslarından istifadə üzrə təlim;

–         İslam Bankçılığı üzrə təlim;

–         Sakarya Universitetində treyninqdə iştirak.

Nufuzlu peşə birliklərinə üzvlük

–         Azərbaycan iqtisadçılar İttifaqına üzvlük;

–         Novaya Ekonomiçeskaya Assosiasiyaya üzvlük.