“Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində ݮƵ-də olan Slovakiyanın Pan European Universitetin MBA fakültəsinin dekanı Anton Koraus ݮƵ nəzdindəİqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda (İAETİ) olub.
İAETİ-nin direktoru, professorYadulla Həsənli qonağa burada aparılan tədqiqatlarla bağlı məlumat verib, həyata keçirilən layihələrdən danışıb.Görüşdə ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi yolları müzakirə edilib, gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.Müzakirələrdə qarşılıqlı əməkdaşlıq haqqında memorandumun imzalanması və birgə elmi məqalələrin nəşri üçün ilkin razılıq əldə olunub.