ݮƵ nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Astana İqtisadi Foromunda (AİF) iştirak edib.
Professor forum çərçivəsində təşkil olunan İmkanların idarəedilməsi: liderliyin qlobal çağrışları Qlobal konfransa da (Глобальная конференция «Управление возможностями: глобальные вызовы лидерства») qatılıb. Daha sonra Turan-Astana Universitetində keçirilən və Turan təhsil korporasiyasının vitse-prezidenti, iqtisad elmləri doktoru, professor Oraq Əliyevin moderatorluğu ilə təşkil edilən Qazaxıstanın dayanıqlı iqtisadi inkişafının yeni sosial modeli mövzusundakı elmi seminarda iştirak edərək, Modifikasiya olunmuş geniş təkrar istehsal sxemi əsasında dayanıqlı inkişafın tədqiqi mövzusunda məruzə ilə çıxış edib.