Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov Polşada keçirilən XXVI İqtisadi Forumda iştirak edib.
Krınitsa-Zdruyda Şərq Araşdırmalar İnstitutunun Dayanıqlı Avropaya Doğru: Gələcək Strategiya mövzusunda təşkil olunan forumda Avropanın mövcud aktual, ən vacib iqtisadi, sosial və siyasi problemləri müzakirə edilib.
Z.Məmmədov forumda Azərbaycanın Avropa institutları ilə əməkdaşlıq: müasir vəziyyət, problemlər və perspektivlər mövzusunda məruzə söyləyib. Həmçinin Polşa-Azərbaycan Biznes Şurasının açılış mərasimində ݮƵ haqqında təqdimatla çıxış edib. ݮƵ professoru forum çərçivəsində tədbirlərdə iştirak edərək, panellərdəki müzakirələrə də qatılıb.
Professor Z.Məmmədovun məruzəsinin tezisləri KİV-lərdə, o cümlədən Forumun informasiya tərəfdaşı olan “” nəşrində çap olunub.
Z.Məmmədov Polşanın məşhur iqtisadçı alimlərinin ݮƵdə tədris və elmi fəaliyyətə cəlb edilməsi, eləcə də Polşa Şərq Araşdırmalar İnstitutunun dəstəyi ilə ݮƵ tələbələrinin Polşa Biznes təşkilatlarında təcrübə keçmələri barədə danışıqlar aparıb.
Qeyd edək ki, Polşa XXVI İqtisadi Forumunda Mərkəzi və Şərqi Avropanın bank və maliyyə holdinqləri, informasiya texnologiyaları sektoru, hökumət və parlament nümayəndələri, eyni zamanda, Azərbaycanın diplomatik nümayəndələri və millət vəkilləri iştirak edib.