ݮƵ-in Maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialında olub.
E.Sadıqov Maliyyə və kredit ixtisası üzrə təhsil alan tələbələrə Beynəlxalq valyuta və kredit münasibətləri fənnini tədris edib. Beynəlxalq valyuta münasibətlərinin problemlərindən və MDB-nin həyata keçirdiyi iqtisadi inteqrasiya sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.