*
Sankt-Peterburq Beynəlxalq Bank İnstitutunda tələbələrin elmi tədqiqat işlərinin müsabiqəsi keçirilib.
Müsabiqədə Bank işi ixtisası üzrə Müstəqil Dövlətlər Birliyinin iqtisadyönümlü ali məktəblərində təhsil alan tələbələrin elmi tədqiqat işlərinin qiymətləndirilməsində aparıcı ekspert kimi ݮƵ-in Maliyyə və audit kafedrasının professoru, iqtisad elmləri doktoru Elnur Sadıqov da iştirak edib.
E.Sadıqov müsabiqənin obyektiv aparılmasında və qiymətləndirmə prosesində fəal iştirak etdiyi üçün institutun rəhbərliyi tərəfindən Təşəkkürnaməyə layiq görülüb.