Mayın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyası, Qazaxıstan Respublikası Prezident Kitabxanası və Türkiyə Respublikası Baş Nazirliyi Atatürk Kültür, Dil və Tarix Ali Qurumunun təşkilatçılığı ilə Böyük Çöl I Beynəlxalq Humanitar Elmlər Forumu keçirilib.
Forumun Avrasiyada elmi əməkdaşlıq və inteqrasiya: Çağdaş yanaşmaları axtarmaq adlı birinci panelində Azərbaycan Dövlət iqtisad Universitetinin (ݮƵ) rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin (TÜRKİB) sədri, professor Ədalət Muradov Avrasiyada elmi əməkdaşlığın yeni müstəvisi: Türk Dünyası İqtisadçılar Birliyi mövzusunda elmi məruzə ilə çıxış edib. Rektor öz məruzəsində Avrasiyada elmi əməkdaşlıq və inteqrasiyanın dərinləşdirilməsinin zəruriliyi və əhəmiyyətini vurğulayıb, bu istiqamətdə TDİB-nin görəcəyi işlərdən danışıb.
Forumda dünyanın 20-ə yaxın ölkəsinin dövlət adamları, beynəlxalq təşkilat rəhbərləri, diplomatlar və elm adamları iştirak edib.