Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Tələbə Gənclər Təşkilatı (TGT) tələbələrin psixologiya sahəsində olan biliklərini artırmaq və onları iqtisadi psixologiya ilə bağlı məlumatlandırmaq məqsədi Müdriklər adlı layihə həyata keçirib. İki hissədən ibarət olan layihənin birinci hissəsində tələbələrə psixologiya mövzusunda məlumatlar verilib, onlara Müdrik obrazı aşılanıb.
Müdrik şəxs çox bilən deyil, biliyi xeyirli olandır devizi altında keçirilən tədbirin ikinci hissəsində isə psixologiyaya aid suallar əsasında müdrik obrazını özündə aşkar edən tələbələr seçilib.
Sonda 20 tələbə Müdrik elan edilib. Müdriklərə xüsusi hədiyyələr və sertifikatlar təqdim edilib.