Tələbələri ݮƵ ailəsinin üzvü olması münasibətilə təbrik edən S.Qəndilova ݮƵ tələbələrinin mütəmadi olaraq beynəlxalq əhəmiyyətli layihələrdə Azərbaycanı layiqincə təmsil etdiyini bildirib. S.Qəndilova onların bu istiqamətdə fəal olacağına əminliyini ifadə edib. Prorektor tədris prosesi, tələbə layihələri və təqaüd proqramlarından da danışıb. Bildirib ki, ݮƵ-də hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə universitetin xüsusi təqaüdü verilir. ݮƵ prorektoru asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi istedadı olan tələbələrə ݮƵ Yaradıcılıq Mərkəzinin imkanlardan faydalanmağı və maraqlı layihələrlə Radio ݮƵ-də çıxış etməyi tövsiyə edib.
əin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktoru Raqif Qasımov kollokvium və imtahan sessiyasının təşkili barədə danışıb, Tələbələrin Yaddaş Kitabçasında bu barədə ətraflı məlumat yerləşdirildiyini bildirib. ݮƵ-də imtahanların ictimaiyyətə açıq keçirildiyini diqqətə çatdıran R.Qasımov tələbələrin valideynləri və yaxınlarının imtahan prosesində müşahidəçi qismində iştirak edə biləcəklərini vurğulayıb. O, ݮƵ-də tədrisin elektronlaşdırıldığına diqqət çəkərək, tələbələrin mühazirə, dərs cədvəlləri, imtahan suallarını şəxsi kabinetlərindən əldə edə biləcəklərini deyib.
Rektorun köməkçisi Ramil Cabbarov ݮƵ-də tələbələrin gənc sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mütəmadi layihələr həyata keçirildiyini bildirib. O, Virtual Müəssisə və Maliyyə laboratoriyasının fəaliyyətindən bəhs edib. İnnovativ Biznes İnkubatorun uğurlu startaplarından söz açan R.Cabbarov gənclərin tələbə ikən sahibkara çevrilə biləcəklərini vurğulayıb.
Görüşdə ݮƵ-in beynəlxalq əlaqələri, mübadilə proqramları barədə də ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar çavablandırılıb. Onlar xüsusi olaraq ݮƵ-in ikili diplom proqramları ilə maraqlanıblar. II ݮƵ Science Slam elm müsabiqəsində və ݮƵ Enactus layihəsində iştirak etmək istədiklərini bildiriblər.
Qeyd edək ki, ݮƵ-ə 2017/2018-ci tədris ili üçün ölkədaxili və xarici universitetlərdən 51 tələbə köçürülüb.