ݮƵ

ݮƵ tələbələri Coca-Cola Bottlers şirkətində

28 DEKABR 2017 | VIEWS:

ݮƵ-in tələbələri MMC şirkətinin müəssisələrində növbəti informasiya turunda olublar.

İnformasiya turu çərçivəsində keçirilən görüşdə şirkət rəhbərliyi tələbələrə şirkətin tarixi və karyera imkanları barədə məlumat verib. Sonra tələbələr əməkdaşların gündəlik gördükləri işlərlə tanış olub, şirkətin istehsal sahələrinə, müasir laboratoriyalarına baxış keçiriblər. Tələbələrə şirkət məhsullarının laboratoriya şəraitində yoxlanılması, məhsulların dizayn edilməsi və qablaşdırılması nümayiş etdirilib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara şirkətin xüsusi hədiyyələri təqdim edilib.

İnformasiya turu ݮƵ Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilib.