ݮƵ-in Karyera Mərkəzinin direktoru, Enactus ݮƵ komandasının məsləhətçisi Fuad Əliyev Azərbaycanı dünya çempionatında təmsil edəcək Enactus ݮƵ komandasını qalib edən layihələrdən danışır:
–Fuad müəllim, öncə Enactus beynəlxalq proqramının əhəmiyyəti barədə danışardınız.
– Enactus (SIFE) proqramı 70-ci illərin ortalarında ABŞ-da yaradılıb. 1984-cü ildə Enactus müsabiqəsində ABŞ universitetlərindən cəmi 17 komanda iştirak etmişdi. 10 ildən sonra, 1994-1995-ci akademik illərdə isə bu proqrama cəlb edilən tələbələrin sayı 30 000-ə yaxın olub və müsabiqəyə 171 komanda qatılıb. Bu gün isə 36-ya yaxın ölkəni təmsil edən tələbə komandaları hər il keçirilən Enactus Dünya Kubokunda öz ölkələrini və Universitetlərini təmsil edirlər. Enactus proqramı genişlənərək dünyanın ən iri təşkilatlarından birinə çevrilib. Enactus bu günün və sabahın biznes liderlərini bir araya toplayan və biznesin müsbət gücü ilə insanların həytlarını yaxşılığa doğru dəyişən beynəlxalq proqramdır. Bu proqramın sosial əhəmiyyətliliyi – insanların həyat və yaşam standartlarını yaxşıllaşdırılması, yeni iş yerlərinin açılması, insanların işlə təmin olunmasıdır. Enactus proqramı gənclərə nəzəri biliklərini praktikada tətbiq etmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, azad sahibkarlığı təbliğ etməklə öz arzularını gerçəkləşdirməyə kömək edir. Eyni zamanda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək Enactus proqramının əsas məqsədlərindən biridir.
Enactus proqramının ictimai fəlsəfəsi budur ki, Mənə balıq vermə ki, bir gün ac qalmayım, mənə balıq tutmağı öyrət ömürlük ac qalmayım. Akademik tədris ili Enactusun Milli (Respublika) Yarışı ilə yekunlaşır. Bu müsabiqə hər bir komandaya özlərinin işlədiyi və hazırladığı layihələri münsiflər heyəti qarşısında təqdim etmək imkanı verir. Hazırlanan layihələr cəmiyyət və insanların həyat səviyyəsinin və yaşayış standartlarının təkmilləşdirilməsinə nə dərəcədə təsir göstərməsi baxımından qiymətləndirilir. Enactus proqramını tətbiq edən hər bir ölkə ən azı respublika yarışını təşkil etməlidir. Yarışın nəticəsi olaraq bir universitet qalib elan olunur və Enactus Dünya Kubokuna vəsiqə qazanır.
Yarışın keçirilməsində məqsəd Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Enactus proqramının Azərbaycanda fəaliyyəti gələcəkdə biznes və sahibkarlıq sahəsində istedadlı və təcrübəli kardların sayının çoxalmasına böyük təsir göstərir. Enactus proqramı vasitəsilə tələbələr qazandıqları bilikləri təcrübədən keçirir, gənc liderlər kimi formalaşır, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir, ehtiyacı olan insanlara biznes və iqtisadi bilikləri aşılayaraq, insanların həyat və yaşam keyfiyyətlərinin yaxşılaşmasına kömək edir və ən əsası da ehtiyacı olan insanlar üçün daimi iş yeri yaradırlar.
Layihələrdə – biznes, sosial, ekoloji, sahibkarlıq yanaşması, insan həyatının yaşam və keyfiyyət standartlarının yaxşılaşdırılması amilləri nəzərə alınır. Enactus proqramı dinamik və rəqabətli qlobal iqtisadiyyat şəraitində uğurlu fəaliyyət göstərmək üçün bu günün tələbələri, gələcəyin sahibkarları və iş adamları, eyni zamanda gələcək Enactus müsabiqələrinin münsifləri olacaq gənclərdə lazımi bilik və vərdişlərin, bacarıq və qabiliyyətlərin formalaşmasında mühüm rol oynayır. Hər il Enactus Dünya Kubokunda müxtəlif ölkələrin öndə gedən şirkətlərindən münsiflər qismində nümayəndələr iştirak edir. Tədbirdə dünyanın 436 ən iri şirkətləri təmsil olunacaq. Enactus proqramına qoşulmaqla Enactus Milli Yarışında və Enactus Dünya Kubokunda iştirak edərək dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq etmək mümkündür.
– Enactus ݮƵ komandasının bu sahədəki təcrübəsi kifayət qədər hesab edilir?
– Enactus ݮƵ komandası Enactusun Azərbaycanda fəaliyyətə başladığı ilk ildən bu günə qədər bütün yarışlarda fəal iştirak edib. Komandamız 2006, 2008 və bu il keçirilən Enactus Milli yarışlarında qalib olub. 2006-cı ildə komandamız Fransada, 2008-ci ildə isə Sinqapurda ölkəmizi layiqincə təmsil edib. Bu il isə komandamız 2017-ci ilin qalibi olaraq Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək Enactus Dünya Kuboku yarışlarında üç layihə ilə Azərbaycanı təmsil edəcəkdir. Yarışlar zamanı ݮƵ komandası ən yaxşı biznes ideya və ən yaxşı innovativ layihə nominasiyalarına layiq görülüblər. Bundan başqa komandamız müxtəlif vaxtlarda AGBank tərəfindən elan edilən Tələbələr üçün bank məhsulunun yaradılması və MyBrands şirkətinin marketinq araşdırmasının aparılması üzrə biznes yarışının qalibi olub. Ümumiyyətlə, Enactus ݮƵ komandası Azərbaycanın ən güclü komandalarından biridir.
– Enactus beynəlxalq proqramının Londonda keçiriləcək final mərhələsində ݮƵ komandası üç biznes layihə ilə yarışacaqlar. Bu layihələr barədə məlumat verməyinizi xahiş edirəm.
– Sentyabrın 26-da Londonda keçiriləcək yarışda komandamız Proboard (istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), From waste of food to great business (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi) və Misgər (Sənətkarlıq məhsullarının satışı) biznes layihələrini təqdim edəcək.
İlk olaraq Proboard layihəsi haqqında məlumat vermək istərdim. Bildiyimiz kimi, dünyada o qədər məhsullar var ki, ikinci dəfə istifadəsi mümkün olduğu halda onlardan istifadə edilmir. Apardığımız araşdırmalara görə ölkəmizdə çoxlu iş yerlərində, universitetlərdə, kurslarda bannerlərdən istifadə olunur, lakin müəyyən bir müddətdən sonra istifadəyə yararsız olduğu üçün bu bannerlər həmin müəssisələr tərəfindən tullanılır, eyni zamanda mühitə zərər verir. Ölkəmizdə 53 universitet, 19 kollec, 4462 məktəb var və bu təhsil müəssisələrində proyektlərdən geniş istifadə olunur. Enactus ݮƵ komandası olaraq araşdırıb qərara gəldik ki, əlimizdə olan resurslar nəticəsində proyektor lövhəsini hazırlamağımız mümkündür. Növbəti mərhələdə işsiz ustaları bu işə cəlb etdik. Daha sonra resuslardan istifadə edərək bu proyektor lövhələrini hazırladıq və satışları həyata keçirməyə başladıq.
Növbəti layihəmiz Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi layihəsidir. Burada əsas məqsəd qida tullantılarından təbii gübrənin hazırlanması və gübrənin məqsədyönlü istifadəsi ilə bitkilərin və layihənin sonunda kiçik botanika bağının yetişdirilməsidir.
Layihəni üstün edən bir neçə aspekti qeyd etmək istərdim. Bunlardan biri layihənin ekoloji tərəfləridir. Bunlar tullantısız istehsala keçilməsi, təbii bitki və heyvani mənşəli tullantıların yenidən istifadə edilməsi, kimyəvi qatqı olmadan təbii gübrənin alınması, orqanik bitkilərin, o cümlədən, tərəvəzlərin yetişdirilməsidir. Bunların hər biri insanlar üçün ekoloji cəhətdən təmiz və orqanik bir mühitin yaradılması ilə bərabər təbii gübrəyə çevrilə biləcək tullantıların düzgün yerində və məqsədyönlü istifadəsini təmin edir.
Layihənin bir başqa tərəfi də onun sosial olmasıdır. Bu əsasən şəhər içərisində insanların dincələ bilməsi üçün təbii ortamın yaradılması, stresin azaldılması, ekoloji tarazlığın qorunması barədə maarifləndirici xarakter daşıması, insanlarda şəhər həyatında da tullantını azaltmaqla təbii ortam və orqanik bitkilər yetişdirmə fikrinin oyadılmasıdır.
Üçüncü layihəmiz isə Misgər (Sənətkarlıq məhsullarının satışı) biznes layihəsidir. Bu layihənin əsas məqsədi misgərlik sənəti ilə məşğul olan sənətkarların əl işlərinin on-line satışını həyata keçirməklə onların biznesini inkişaf etdirmək və ümumiyyətlə misgərlik məhsullarının Azərbaycan məhsulu olaraq dünya bazarına çıxarılmasına kömək etməkdir.
– Layihələr əsasən ekologiya ilə bağlıdır. Sizcə, nəyə görə daha çox bu mövzuya müraciət ediblər?
– Layihələrimizin həm ekologiya, həm də qida təhlükəsizliyi ilə əlaqədar olması bu mövzuların hər zaman aktuallığı ilə bağlıdır. Bildiyimiz kimi, dünyada və eləcə də Azərbaycanda milyon tonlarla tullantılar atılır və bu ekoloji tarazlığın pozulmasına səbəb olur. Hazırladığımız layihələrlə biz qismən də olsa bu problemlərin həllinə töhfə vermək istədik və bunu həyata keçirdik.
– Bu müsabiqədə iştirakı ݮƵ və tələbələrə qazandırdığı əsas üstünlükləri necə səciyyələndirərdiniz?
– Enactus proqramının Azərbaycanda fəaliyyəti gələcəkdə biznes və sahibkarlıq sahəsində istedadlı və təcrübəli gənc kardların sayının artmasına böyük təsir göstərir. Enactus proqramı vasitəsilə tələbələr qazandıqaları bilikləri təcrübədən keçirir, gənc liderlər kimi formalaşır, kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir, ehtiyacı olan insanlara biznes və iqtisadi bilikləri aşılayaraq, insanların həyat və yaşam keyfiyyətlərinin yaxşılaşmasına köməklik edir və ən əsası da ehtiyacı olan insanlar üçün daimi iş yeri yaradırlar.
Yarışlarda iştirakın ݮƵ-ə və onun tələbələrinə qazandırdığı üstünlükləri əlbəttə ki, çoxdur. Məlumat üçün deyim ki, Dünya Kuboku yarışlarında dünyanın 36 ölkəsindən olan aparıcı universitetlər iştirak edəcəkdir və belə mötəbər yarışda ݮƵ-in Azərbaycanı təmsil etməsi və adının dünyanın aparıcı universitetləri ilə yanaşı çəkilməsi təqdirəlayiq haldır. Heç kimə sirr deyil ki, artıq ݮƵ bir çox beynəlxalq tədbirlərdə müvəffəqiyyətlə iştirak edir və uğurlar əldə edir. Son illər ݮƵ-in beynəlxalq reytinqinin yüksəlməsi də buna əyani sübutdur.
Tələbələrimizə gəlincə, bu tədbirdə iştirak etməklə onlar beynəlxalq təcrübə əldə edəcək, dünyanın aparıcı universitetlərinin komandaları ilə ünsiyyət qurub əməkdaşlıq edəcək, hazırladıqları layihələri beynəlxalq münsiflər heyətinin qarşısında təqdim edəcək və həmçinin yarışlarda qonaq qismində iştirak edən dünyanın aparıcı şirkətlərinin top liderləri ilə görüşərək öz bilik və bacarıqlarını artıra biləcək, Enactus beynəlxalq proqramının dünya gənclərinə yaratdığı üstünlüklərdən maksimum yararlanacaqlar.