ݮƵ

ݮƵ tələbələri III Qış Elm Festivalının qalibi olublar

22 DEKABR 2017 | VIEWS:

DSC_0036ݮƵ tələbələri III Qış Elm Festivalında qalib gəliblər.

-Tələbə Elmi Cəmiyyəti Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi III Qış Elm Festivalında iştirak ediblər. 20-dən çox ali təhsil müəssisəsinin tələbələri və orta məktəb şagirdlərinin qatıldığı festivalda iqtisadiyyat, riyaziyyat, mühəndislik, kompüter elmləri, fizika, kimya, biologiya, dil və ədəbiyyat kateqoriyaları üzrə 100-ə yaxın layihə nümayiş etdirilib.

ݮƵ-in I kurs tələbələri Şamxal Hüseynli və Ləman Quliyeva ButterFly layihəsi ilə kompüter elmləri nominasiyası üzrə I yerə layiq görülüblər.

Dünyanın ən nəhəng brouzerlerindən (Google Chrome, Mozilla) həcmi ilə fərqlənən ButterFly Azərbaycanın ilk mobil brouzeridir. Play Storedə Google Chrome 86 mb yaddaş əhatə edirsə, Butterfly cəmi 3,12 mb yaddaş tutur. Layihənin digər özəlliyi isə onda olan xüsusi Ad-blocker funksiyasıdır.

Qaliblər diplom və sertifikatlarla mükafatlandırılıblar.