ݮƵ

ݮƵ tələbələri intellektual yarışda qızıl medal qazanıb

25 DEKABR 2015 | VIEWS:

Dekabrın 24-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqi Respublika Komitəsinin təşkilatçılığı ilə universitetlərarası Nə? Harada? Nə zaman? intellektual yarışı keçirilib.

Yarışın qalibləri Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) tələbələri olub. ݮƵ-in Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual klubunun üzvləri Ürfan Orucov, Tərlan Əsədli, Məhəmməd Abbasov, Çingiz Məmmədov, Elçin Şabanov, Türyan Məmmədov, VüqarDadaşov və Vüqar Məmmədovdan ibarət komanda Həmkarlar kubokunun qızıl medalını qazanaraq, ݮƵ-ə növbəti birinciliyi gətiriblər.