ݮƵ

Radio ݮƵ-in aparıcıları Xəzər TV 103 FM-in qonağı olublar

18 OKTYABR 2016 | VIEWS:

xezer66ݮƵ Yaradıcılıq Mərkəzinin üzvləri və Radio ݮƵ-in aparıcıları Xəzər TV 103 FM-də yayımlanan Danışır Xəzər verilişinin qonağı olublar. Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, mərkəzin Vokal dərnəyinin üzvü Aslan Əzimzadə, RadioݮƵ-in Qlobus, Günün Trendi, ݮƵ News Azərbaycanım, İqtisad Xəbərləri, Biz də tələbə olmuşuq, Call Student verilişlərinin aparıcıları Sədaqət Məmmədli, Firəngiz Quliyeva və  Aytən Həsənova ݮƵ haqda danışıblar. ݮƵ tələbələrinin asudə vaxtının səmərəli keçirilməsində Yaradıcılıq Mərkəzinin rolu, eyni zamanda Radio ݮƵ-də tələbə layihələri, müəllif proqramları barədə 103 FM dinləyicilərinə geniş məlumat veriblər.  Vokalçı Aslan Əzimzadənin canlı ifası maraqla qarşılanıb.