ݮƵ

ݮƵ TGT CUP 2015 futbol turnirinin püşkatma mərasimi keçirilib

30 OKTYABR 2015 | VIEWS:

Oktyabrın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) ݮƵ TGT CUP 2015 turnirinin püşkatma mərasimi olub.

Mərasimdə Neftçi Futbol Klubunun Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə, azarkeşlərlə iş üzrə koordinator Kənan Hənifəyev  və klubun kapitanı Araz Abdullayev iştirak edib. Yarışla bağlı tələbələrə məsləhət və tövsiyələr verən klub nümayəndələri idmanın əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra püşk atılıb. Püşkatmada 24 komanda 6 qrup üzrə bölünüb.  Hər qrupda yarışan ən güclü iki komanda final mərhələsinə vəsiqə qazanacaq. B.Bağırzadə qalib komanda üzvlərinə Neftçi Fanclub kartlarının hədiyyə ediləcəyini bildirib.

Sonda komanda üzvlərinə Neftçi Futbol Klubunun formaları hədiyyə edilib.

– – – – – – – – – – – – – – – – – – –