Azərbaycan Dövlət İqtisad Universiteti (ݮƵ) ilə (ATU) Qida məhsulları mühəndisliyi, Marketinq və Menecment ixtisasları üzrə mütəxəsis hazırlığını birgə aparacaqlar.
Əməkdaşlıq ݮƵ-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə öz əksini tapıb. Müqaviləyə əsasən, mütəxəssis hazırlığı ݮƵ-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq. Sənəddə, həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin ݮƵ-də, ݮƵ tələbələrinin ATU-da bir semestr boyunca təhsil almaları qeyd edilib. ݮƵ-in professor-müəllim heyətinin ATU-da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.