ݮƵ

ݮƵ voleybolçuları finalda

06 APREL 2017 | VIEWS:

ݮƵ-in voleybol komandası Gənclik Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XIII Respublika universiadasının final mərhələsində yarışıb.

Universiada çərçivəsində keçirilən yarışlarda Bakı Dövlət Universitetini 2:0 və Azərbaycan Texniki Universitetini 2:0 hesabı ilə məğlub edən ݮƵ komandası finala vəsiqə qazanıb.

Finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə qarşılaşan ݮƵ voleybolçuları gərgin keçən yarışda rəqib komandaya 2:1 hesabı ilə məğlub olub. 16 komanda arasında keçirilən yarışda ݮƵ voleybolçuları III yerin sahibi olublar.

Qeyd edək ki, komandaya ݮƵin İdman klubunun  baş məşqçisi Vahid Yolçuyev rəhbərlik edib.