Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Nərimanov rayonu ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında voleybol (oğlanlar) yarışı keçirilib.
Yarışda Nərimanov rayonu ərazisində yerləşən 6 ali və orta ixtisas təhsil müəssisəsinin (ݮƵ, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dillər Universiteti (ADU), Bakı Avrasiya Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci və Bakı Humanitar Kollecinin) komandası iştirak edib.
ݮƵ komandası Avrasiya Universiteti və Bakı Humanitar kollecinə 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda ADU komandası ilə mübarizə aparan ݮƵ voleybolçuları 2:0 hesabı ilə rəqib komandanı məğlub edərək finala çıxıblar.
Final mərhələsində ݮƵ komandası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybolçuları ilə qarşılaşıb. Gərgin keçən mübarizənin sonunda ݮƵ komandası 2:1 hesabı ilə ikinci yerin sahibi olub.
Yarışmanın sonunda mükafatlandırma mərasimi keçirilib. Qalib komandaların üzvlərinə medal və diplomlar təqdim edilib.
Qeyd edək ki, komandaya ݮƵ-in İdman klubunun baş məşqçisi Vahid Yolçuyev rəhbərlik edib.