Oktyabrın 7-də Baku Ekspo Mərkəzində X Azərbaycan Beynəlxalq Təhsil sərgisinın açılışı olub. Sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti (ݮƵ) öz stendi ilə təmsil olunub. Təhsil Nazirliyinin rəsmi dəstəyi, Caspian Event Organisers (CEO) şirkətinin təşkilatçılığı ilə keçirilən yubiley sərgisində 14 ölkədən 118 ali və orta təhsil müəssisəsi iştirak edib.
Sərginin açılış mərasiminə qatılan təhsil nazirinin müavini Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları ݮƵ-in stendi ilə tanış olub. Universitetin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov nazir müavininə ݮƵ barədə, universitetdəki yeniliklər haqqında ətraflı məlumat verib. Bildirib ki, 2016/2017-ci tədris ilində ݮƵ-i ən yüksək balla seçən tələbələrin sayında ciddi artım qeydə alınıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayaraq İqtisad Universitetinə daxil olub. Ş.Bayramov ݮƵ-in QS və Webometrics kimi beynəlxalq reytinqlərdəki mövqeyindən, hazırda uğurla həyata keçirilən Elektron Universitet modelinin, Differensial əmək haqqı sisteminin universitetdə tədrisin keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən danışıb. Prorektor ݮƵ-də yeni tədris ilindən start verilən Lider müəllim-lider universtet, əin keyfiyyəti tələbələrin gözü ilə layihələrini xüsusi vurğulayıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramova ikili diplom, mübadilə, Mevlana və Erasmus+ proqramlarının uğurlu nəticələri barədə məlumat verilib.
C.Bayramov ݮƵ-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.
ݮƵ-in beynəlxalq proqramları, distant, qiyabi və əlavə təhsilin təşkili və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, universitetdə 4 dildə tədris imkanlarının olması sərgi iştirakçılarının daha çox marağına səbəb olub. Stendə baxış zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.
X Azərbaycan Beynəlxalq Təhsil sərgisi iki gün davam edəcək.