Xocalı həftəsi çərçivəsində növbəti tədbir ݮƵ YAP gənclərinin təşəbbüsü və təşkilatçılığı ilə keçirildi.Əvvəlcə Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açanYAP Səbayel rayon ݮƵ ilk ərazi təşkilatının sədri,prorektor Mikayıl Zeynalovbildirdi ki, Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilən ən dəhşətli soyqırımlardan biridir.Bizim gənclərimiz, ݮƵ tələbələri bu qətliamı unutmamalı və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda bütün səylərini əsirgəməməlidirlər.
Tədbirin sonunda ݮƵ tələbələrinin hazırladıqları ədəbi-bədii-müsiqili kompozisiya tədbir iştirakçılarına təqdim olundu. Biznes və Menecmentfakültəsinin III kurs tələbəsi Həsən Bədəlbəylininin ifasında Şəhidlər musiqisi, “SABAH”əəԾIV kurs tələbəsi Günay Qarayevanın ifasında Bağışlama bizi Vətən laylası, Maliyyə və Mühasibat fakültəsinin I kurs tələbəsi Təranə Quliyevanın Ay Xocalım şeiri iştirakçıların daha çox marağına səbəb oldu.