Türkiyənin paytaxtı Ankara şəhərində Xüsusi təyinatlı İbad bədii filminin təqdimatı keçirilib. Təqdimatda filmin rejissoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu da iştirak edib. Türkiyənin ictimai-siyasi xadimləri və sənət adamlarının qatıldığı tədbir yüksək səviyyədə təşkil olunub.
E.Telmanoğlu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu və millət vəkili, Yerli Düşüncə Dərnəyinin baş katibi Mətin Gündoğdu ilə görüşüb. Görüşdə ݮƵ Yaradıcılıq Mərkəzinin Türkiyədə keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirakı müzakirə olunub. Görüşdən sonra ݮƵ Yaradıcılıq Mərkəzinin direktoru Yerli düşüncə dərnəyinin mükafatı ilə təltif olunub.