Vüsalə Həsən qızı MəmmədovaVüsalə Məmmədova 2007-ci ildən PR sahəsində çalışır.
2009-cu ildən mətbuatdadır. Bədii-publisistik yazı və layihələrin müəllifidir. Bir çox yazıları Türkiyədə dərc olunan ədəbiyyat toplularında çap edilib.
2014-cü ildə Kulis.az mədəniyyət dərgisinin keçirdiyi Ən qısa hekayə müsabiqəsinin qalibi olub.
Lent.az saytında yayımlanan Əsir düşərgəsi və İnternat dramı layihələrinin müəllifidir. 2015-ci ildə Əsir düşərgəsi hekayələri əsasında hazırlanan Cəhənnəmdə böyük çığırtı, 2017-ci ildə isə Əsir düşərgəsi adlı kitabları işıq üzü görüb. Hekayələr əsasında İtaliyanın Milan şəhərinin Teatro Filodrammatici teatrında Xocalıda qırmızı mələk tamaşası səhnəyə qoyulub.
2015-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi Həsən bəy Zərdabi mükafatına layiq görülüb.
2015-ci ildə Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətinə görə Gənclər üçün Təhsil Mərkəzi, Kaspi qəzeti və Mənim Təhsilim, Mənim Gələcəyim! kampaniyasının təqdim etdiyi Təhsil Açarı mükafatına layiq görülüb.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentində iş fəaliyyətinə başlayıb. 2018-ci ilin sentyabrına kimi həmin departamentin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib.
*
Abituriyentlər ݮƵ-i seçir (21.04.2017)
ݮƵ-in əcnəbi tələbələri Güllələnmiş heykəllər abidəsi qarşısında (18.04.2017)
ݮƵ-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində (31.03.2017)
ݮƵ tələbələri uğura aparan yolda şəxsi PRı necə qurmalı? (18.04.2017)
Bircə ona pis oldum ki, döyüş indi başlayır, mən isə ölürəm Aprel döyüşlərinin iştirakçısı (13.04.2017)
uniRank dünya universitetlərinin reytinqi: ݮƵ 1-cidir(03.04.2017)