Mirzəmmədova Könül Babək qızı15 oktyabr 1982-ci ildə Şabran rayonunda anadan olmuşdur.
1998-2002-ci illlərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin İqtisadi kibernetika ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır.
2002-2004-cü illərdə həmin universitetdə magistr pilləsində təhsil almışdır.
2006-ci ildə İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasına dissertant təyin edilmişdir.
*
İnformasiya cəmiyyətinin qurulmasında texnoparkların rolu mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində Dünya iqtisadiyyatında informasiya texnologiyaları kafedrasında böyük laborant vəzifəsində işləmişdir.
2004-cü ildən İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müəllimidir.
Bir sıra elmi konfranslarda məqalələri çap edilmişdir.