Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən Marketinq-diskusiya klubunun növbəti seminar keçirilib.
Seminarda YELLO şirkətinin həmtəsisçisi Namiq Bayramov Azərbaycanda reklam agentliklərinin idarəedilməsinə marketinq yanaşma mövzusunda çıxış edib. N.Bayramovun işgüzar praktikaya əsaslanan məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Seminarda müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən müxtəlif reklam agentlikləri, onların idarə olunmasındakı fərqli xüsusiyyətlərdən danışılıb. Reklam agentliklərinin idarəedilməsinə marketinq nöqteyi-nəzərdən yanaşmadan ətraflı danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, karyera fəaliyyəti barədə tövsiyələr verilib.