Mayın 25-də ݮƵ-in Beynəlxalq İqtisadiyyat MəktəbininISE Economic Talks layihəsinin növbəti müzakirəsi keçiriləcək.
ݮƵ-in iqtisadi platforması olan ISE Economic Talksda bu dəfə İqtisad Universitetində pedaqoji fəaliyyət göstərən tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar çıxış edəcək. Amerikalı professor Maliyyə böhranı və inkişaf etməkdə olan bazarlarda kapitalın strukturu mövzusunu müzakirəyə çıxaracaq.
Müzakirə ݮƵ-in əsas tədris binasında yerləşən Maliyyə Laboratoriyasında (otaq 306), saat 13:00-da keçiriləcək. Müzakirəyə qatılmaq istəyənlər qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, bu müzakirə ISE Economic Talks layihəsinin 2016/17-ci tədris ili üçün sonuncu görüşüdür.
ISE Economic Talks barədə:
ISE Economic Talks layihəsinin məqsədi ݮƵ-in müəllim, tədqiqatçı və tələbələrini vahid iqtisadi platformada toplamaq və onların müzakirələrini təşkil etməkdir. Layihə çərçivəsində qlobal iqtisadiyyatın, eləcə də ölkənın ən aktual iqtisadi mövzu və problemləri müzakirə edilir. Eyni zamanda, dünya bestselleri olan iqtisadi kitabların Müzakirə günü təşkil olunur. Ayda iki dəfə təşkil olunan müzakirələrin mövzuları səsvermə yolu ilə seçilir. Təkliflərə əsasən, yeni müzakirə istiqamətləri müəyyənləşdirilir. Müzakirələr həmçinin ݮƵ-in virtual iqtisadi forumu Diskurs.az-da da yayımlanır. ISE Economic Talks layihəsinin rəhbəri ݮƵ-in Beynəlxalq İqtisadiyyat kafedrasının müəllimi Təhmasib Əlizadədir.