i.e.d., prof. Hüseynova Arzu Doğru qızı21 iyul 1966-cı ildə Bakıda anadan olmuşdur.
Bakı şəhərində 80 saylı orta məktəbdə oxumuş (1973-1983), M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində tətbiqi riyaziyyat ixtisası üzrə (1983-1988) təhsil almışdır.
1988-2005-ci illərdə müxtəlif təşkilatlarda proqramçı və digər aparıcı vəzifələrdə çalışıb.
2005-ci ildən 2014-cü ilin aprel ayına kimi AMEA Elmi innovasiyalar Mərkəzinin (EİM) direktorunun I müavini vəzifəsində işləmişdir. 2014-2016 cı illərdə AR İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar ETİ-da İnnovasiya inkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.
27 iyun 2007-ci ildə “Elmi problemlərin araşdırılmasının informasiya təminatı sistemi mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
5 oktyabr 2010-cu ildə iqtisadiyyatın riyazi və instrumental üsulları ixtisası üzrə dosent adı verilmişdir.
2016-ci ildə Azərbaycanda innovasiya potensialının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi mövzusunda elmlər doktoru dissertasiyasını müdafiə etmiş, AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 25 noyabrın 2016-cı il tarixində iqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır.
2009-2014-cü illərdə Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovsiya sisteminin hazırlanması proqramının rəhbəri, 2014-cü ildə Azərbaycanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edən texnoloji innovasiya məqsədli Texnopark və Kənd Təsərrüfatı Texnoparkının (AQROPARK) qurulması büdcə layihəsində böyük ekspert, 2015-ci ildə Azərbaycanda innovasiya aktivliyinin qiymətləndirilməsi və innovasiya fəaliyyətinin səmərəsinin artırılması üçün təklif və tövsiyyələrin hazırlanması büdcə layihəsinin rəhbəri olub.
*
9 kitabın və 90-dan çox elmi məqalənin müəllifidir. Onlardan böyük hissəsi xaricdə nüfuzlu jurnallarda və konfrans materiallarında çap olunmuşdur. 3 müəlliflik şəhadətnaməsi var.
Moskva, Kiyev, Xmelinsk, Minsk, Daşkənd, Almatı, Samarada keçirilən beynəlxalq səviyyəli konfrans və seminarlarda məruzələrlə çıxış etmiş, tədbirin plenar iclasına sədr seçilmişdir.
1989-cu ildən pedaqoji fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda, Bakı Atatürk fakültəsində, Qərb Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Milli Aviasiya Akademiyasında dərs demişdir.
Beynəlxalq təşkilatların qrantlarına layiq görülmüşdür: Kanada cəmiyyəti, Əfqanlarla Kompüter bilikləri kursu, lektor; İqfotek informasiya və telekomunikasiya texnologiyalarının inkişafı ictimai birliyi, Nazirliklərin kadr işçilərinə İnformasiya texnologiyaları ilə tanışlıq kursu, MS EXCEL elektron cədvəli işgüzar adamlar üçün, IATP Məsafəli Təhsil Akademiyası; ABŞ hökuməti tərəfindən maliyyələşən Beynəlxalq Tədqiqatlar və Mübadilələr şurasının (İREX) distant təhsil üzrə məsləhətçi adına layiq görülmüşdür.
Hazırda ݮƵ-in “İqtisadi və texnoloji elmlər kafedrası” kafedrasının professorudur.
Ailəlidir, bir övladı var.
Thomson Reutersin nümayəndəsi İqtisadiyyat fakültəsində(08.02.2017)
ݮƵ-də Strateji Yol Xəritəsi müzakirə edilib (27.01.2017)