Fevralın 8-də dünyanın nüfuzlu elmi-analitik informasiya təminatçısı olan Thomson Reuters agentliyinin Azərbaycan nümayəndəliyinin eksperti ݮƵ-də olub.
ݮƵ-in İqtisadiyyat fakültəsindətəşkil edilən görüşdə universitetin professor-müəllim heyəti iştirak edib. ݮƵ-in Elm şöbəsininmüdiri, professor Zahid Məmmədovbildirib ki, Thomson Reutersin təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bunun köməyilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.
Z.Məmmədov ݮƵ və Thomson Reutersin birgə təşkilatçlığı ilə may ayında Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini də iştirakçıların diqqətinə çatdırıb.
Sonra agentliyin Azərbaycan nümayəndəliyinin eksperti Aygün Babazadə Thomson Reutersin ali təhsil müəssisələrinin qlobal elmi bazası Web of Science platforması barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Web of Sciencedə elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmaq, həmçinin qrant alınmasına kömək edir. Bu portal həmçinin ən geniş elmi referatlar bazasıdır. Portala abunə yolu ilə çıxış əldə etmək mümkündür.
öüşə İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının dosenti Arzu HüseynovanınElmi jurnalların qiymətləndirilməsində əsas prinsiplər, İnformasiya Kommunikasiya Texnologiyalari Mərkəzinindirektoru dosent Zöhrə HəsənovanınWeb of science referativ bazası haqqında və mərkəzin əməkdaşı Ofelya Mazanovanın ݮƵ müəllimlərinin yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsi mövzusunda məruzələri dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.