Martın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Kommersiya fakültəsinin tərkibindəki kafedralarda müəllimlərin dərslərinin monitorinqi təşkil edilib.
Monitorinqdə fakültə dekanı, dosent Mirağa Əhmədov və kafedra müdirləri professorlar Hidayət Cəfərov, Zakir Məmmədəliyev, dosentlər Telman İmanovə Məhərrəm Əkbərov iştirak ediblər.
Sonra müvafiq kafedralarda dərslərin müzakirəsi aparılıb. Bildirilib ki, Azərbaycan tarixi kafedrasının müəllimləri professor V.Həsənovun Azərbaycan feodal dövlətləri IX əsrin ortaları XIIIəsrin əvvələrində, professor A.Seyidovun isəAzərbaycan XIII-XIV əsrin birinci yarısında. Monqol əsarəti mövzularında dərsləri dinlənilib. Hər iki dərsin təqvim-plana, sillabusa, proqrama uyğun, eyni zamanda günün tələbləri səviyyəsində keçirildiyi məyyənləşdirilib.
Marketinq kafedrasında dosentlər İ.Xeyirxəbərovun Məlumatların yığılması metodları, L.Hacıyevanın Сегметирование и потребительское поведение на зарубежных рынках, baş müəllim Ə.Qasımovun isə Məhsulun həyat dövrü, məhsulun planlaşdırılması, marketin araşdırması mövzularında dərslərinin interaktiv qaydada təşkil edildiyi bildirilib. Dərs prosesində müəllimlərin praktik məsələlərin həlli yollarını göstərməsini tələbələr maraqla qarşılayıb.
Ticarət kafedrasının dosentləri İ.Vəliyevanın Kommersiya fəaliyyətinin psixologiyası və etikası, M.Səmədovanın isə Психология и этика коммерческой деятельности mövzularında olan dərslərində müəllimlərin tələbələrlə diskusiyası yüksək qiymətləndirilib. Dərslərin dialoq şəklində aparılması və psixoloji aspektlərin açıqlanması tələbələrin daha aktiv olmalarına gətirib çıxarıb. Bildirilib ki, Fəlsəfə kafedrasında dosent N.Məmmədovanın Средневековая западная философия mövzusunda keçdiyi dərsdə əyani vəsaitlərdən istifadə etməsi tələbələrin diqqətini xüsusi ilə cəlb edib.
Monitorinqlər mütəmadi davam etdiriləcək və vaxtaşırı fakültə elmi şurasında nümunəvi dərslərin təcrübəsini yaymaqla yanaşı, gənc müəllimlərə lazımi istiqamətlər veriləcək.