ݮƵ


2020-ci ildə Qida məhsullarının texnologiyası kafedrası ləğv edilib.

19.10.2020-ci il tarixində Ekspertiza və standartlaşdırma fakültəsinin İstehlak mallarının ekspertizası, Standartlaşdırma və sertifikasiya, Qida məhsullarının texnologiyası, Texnoloji maşınlar və sahə avadanlıqları və Fizika və kimya kafedraları ləğv edilmiş və Mühəndislik fakültəsi, Mühəndislik və tətbiqi elmlər kafedrası yaradılmışdır.

qida-20171026-WA0005texnologiya01qida2fae5d5d5c200IMG-20151214-WA0025IMG-20151214-WA0016qida20170717-WA0007

Kafedranın əməkdaşlarıII Beynəlxalq Plov Festivalında iştirak etmişlər

Azərbaycan Respublikasi Mədəniyyət Naziriliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə 11 dekabr 2015-ci iltarixində II Beynəlxalq Plov Festivalı keçirilmişdir. Festival Sərin şadlıq sarayında təşkil olunmuşdur.

Texnologiya və Dizayn fakültəsinin Qida məhsullarının texnologiyası kafedrasının əməkdaşları N.K.Rəhimov, A.A.Qurbanova, E.M.Omarova, M.H.Məhərrəmova, S.İ.Məhərrəmova və M.R.Yusifova bu festivalda fəal iştirak etmişlər. Festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlar ilə xarici qonaqları tanış etməkdir. Festivalda Türkiyə, İndoneziya, İran, Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan, Hindistan, Korea və s. ölkələrin müxtəlif növ plovları nümayiş etdirildi. Sonda AMKA-nin prezidenti Tahir Əmiraslanov düyü mədəniyyəti haqqında geniş məlumat verdi.

IMG-20151214-WA0018 IMG-20151214-WA0019 IMG-20151214-WA0020 IMG-20151214-WA0021 IMG-20151214-WA0023 IMG-20151214-WA0024

ݮƵ-də yeni laboratoriya yaradılacaq(09.04.2018)
ݮƵ tələbələrindən Beynəlxalq Kulinariya Günündə xeyriyyə aksiyası
(19.10.2017)
ݮƵ-də Beynəlxalq Müəllimlər Günü
(05.10.2017)
ݮƵ dosenti qida məhsullarının texnoloji xüsusiyyətlərini tədqiqi edib
(27.04.2017)
ݮƵ məzunları: Universitetdə əldə etdiyimiz biliklər iş prosesində çox faydalı olur(21.04.2017)
ݮƵ tələbələri Az-Granata şirə və şərab emalı zavodunda istehsalat təcrübə keçəcəklər
(31.10.2016)
ݮƵ-də elmi seminar
(26.05.2016)

ݮƵ kollektivi WorldFood Azerbaijan sərgisində(20.05.2016)
ݮƵ tələbələri İsveçrə mətbəxi ilə tanış olublar(19.04.2016)
ADİU əməkdaşı beynəlxalq elmi-texniki konfransda (04.05.2015)

Kafedra haqqında

Kafedra 1996-cı ilin iyun ayından fəaliyyət göstərir. 1996-2000-ci illərdə burada bakalavr və magistr təhsil pillələri üzrə 10-dan çox ixtisas və peşəyönümlü fənlər tədris olunurdu. Bunlardan Qida sə­na­yesi məh­sullarının texnologiyası, İaşə məhsullarının texnologiyasının nəzəri əsasları, İaşə müəssisələrinin texnoloji layihələşdirilməsi, Qida fizio­logiyası, Qida mikrobiologiyası, Texniki mikrobiologiya, s­a­ni­ta­ri­ya və g­i­giyena və s. göstərmək olar. Mövcud olduğu illərdə kafedrada üç ixtisas üzrə kadr hazırlığı aparılmışdır. 2000-ci ildən həmin ka­fedranın baza­sında yeni kafedra Çörək məhsullarının texnologiyası və sahə ava­danlıqları (kafedra müdiri əvvəllər dos. X.S.Mustafayev, sonra G.A.Abbas­bəyli olmuşdur) kafedrası yaradıldı. Buna görə də Qida məhsullarının tex­nologiyası kafedrasında yalnız iki İaşə məh­sul­larının texnologiyası və Qida sənayesində və iaşə sistemində bədii layihələndirmə və tərtibat ixtisasları üzrə mütəxəssis hazırlığı davam etdirilirdi.

Sonralar bu kafedradan başqa bir bölmə ayrılaraq Ət, balıq və süd məhsullarının texnologiyası kafedrası yaradıldı (müdiri prof. R.A.Əli­yev). Kafedraya uzun müddət (yaranandan 2009-cu ilə qədər) texniki elmlər namizədi, dos. N.H.Qurbanov rəhbərlik etmişdir.

Kafedra respublika və xarici ölkələrin bir sıra ali məktəbləri və elmi müəssisələri ilə sıx əməkdaşlıq edirdi. Bunlardan Plexanov adına Moskva Xalq Təsərrüfatı Akademiyasını, Kiyev Ticarət-İqtisad Universitetini, Mogilyov Texnologiya İnstitutunu, Ümumrusiya Qida İnstitutunu, Malta Kulinariya Assosiasiyasını, Azərbaycan Texnologiya Universitetini, Azərbaycan Milli Kulinariya Mərkəzini və s. göstərmək olar.

Kafedra mövcud olduğu dövrdə dərsliklər, çoxsaylı elmi məqalələr nəşr etdirmişdir. Kafedra əməkdaşlarından bir neçəsi müxtəlif istehsal sahələri, o cümlədən Xırdalandakı Baba türk firması, Bakıdakı Sərin firması, Respublika Səhiyyə Nazirliyinin Dərman birliyi və s. ilə əməkdaşlıq edirdi.

2009-cu ildə Çörək məh­sulla­rının texnologiyası və sahə avadanlıqları və Balıq, ət və süd məh­sullarının texnologiyası kafedraları birləşərək ilkin adla Qida məhsullarının texnolo­giyası kafedrası kimi fəaliyyətini davam etdirdi.2005-2016-cı illərdə kafedraya dos. G.A.Abbasbəyli rəhbərlik edib. Hazırda kafedraya dos. M.Məhərrəmovarəhbərlik edir.

Burada Qida məhsullarının texnologiyası istiqamətində (hazırda Qida məhsulları mühəndisliyi ixtisası), İaşə məhsulları texnologiyası və Qida sənayesində və iaşə sistemində bədii layihələndirmə və tərtibat (dizayn), Çörək, makaron, unlu qənnadı məmulatları və qida kon­sen­trat­larının texnologiyası, Ət və ət məhsullarının texnologiyası, Balıq və balıq məhsullarının texnologiyası, İaşə məhsullarının texnologiyası, Şərabçılıq və qıcqırma istehsalının texnologiyası, Süd və süd məh­sullarının texnologiyası ixtisaslaşmaları üzrə bakalavr və magistrlərin hazır­lığı həyata keçirilir.

Kafedrada Kütləvi qidalanma məhsullarının istehsal texnologiyası, Kütləvi qidalanma məh­sullarının tədqiqi və keyfiyyətinə nəzarət laboratoriyası, Qida səna­yesi və iaşə məhsullarının bədii tərtibatı və Aspirant, dissertant və magistrlər üçün elmi-tədqiqat problem laboratoriyası, Çörək məhsul­larının texnologiyası, Ət və balıq məhsullarının texnologiyası və digər laboratoriyalar vardır.

*

Kafedra əməkdaşları ll Beynəlxalq dolma festivalında
(Xaçmaz rayonu – 15.06.2017)

IMG-20170717-WA0007IMG-20170717-WA0008IMG-20170717-WA0009IMG-20170717-WA0014IMG-20170717-WA0017IMG-20170717-WA0019

Bir qayda olaraq, istehsalat və digər təcrübələr qabaqcıl iaşə sistemi və qida sənayesi müəssisələrində, o cümlədən Bismak qida sənaye kompleksində, Bakı Şampan Zavodunda və həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzində yerinə yetirilir.

Kafedra öz elmi fəaliyyətində Kiyev Milli Ticarət İqtisad Univer­siteti, Mogilyov Ərzaq Universiteti, Berlin Texniki Universitetinin Qida Məhsullarının Texnologiya və Qida Kimyası İnstitutu, Moskva Dövlət Qida Məhsul­larının Texnologiyası Universiteti, Pyatiqorsk Texnologiya Universiteti, Azərbaycan Texnologiya Universitetilə əlaqələr yaratmışdır.

Kafedra əməkdaşlarının qida məhsulları texnologiyalarına, proses və aparatlarına, onların etnoqrafiyasına həsr olunmuş müxtəlif səpgidə materiallarının əksəriyyəti respublikamızdan kənarda ABŞ-da, Almaniyada, Rusiyada, Türkiyədə, Belorusda, Ukraynada və digər ölkələrdə çap olunmuşdur. Görülən elmi işlərin çoxu funksional əhəmiyyətli qida məhsulları istehsalının texnologiyalarına və bu sahənin avadanlıq və aparatlarının yaradılması və tədqiqinə həsr edilmişdi. Kafedra əməkdaşları elm sahəsində qrantlar almış, beynəl­xalq elmi müsabiqələrdə iştirak etmişlər.

aksiya unecDSC_7162DSC_7200DSC_7252DSC_7206DSC_7262