Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) əməkdaşları Ağsu rayonunda yerləşən Az-Granata şirə və şərab emalı şirkəti-nin 5 illik yubiley tədbirində iştirak ediblər.
Millət vəkilləri, rayon rəhbərliyi və ictimayətinin qatıldığı yubiley tədbirində ݮƵ-in İnzibati və təşkilati məsələlərüzrə prorektoru Şaiq Əsgərov, Qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Gülnisə Abbasbəyli, kafedranın müəllimləri dosent Elsevər Fərzəliyev, Şəhla Yusifzadə və digərləri iştirak ediblər. Tədbirdə bildirilib ki, ݮƵ-in Texnologiya və dizayn fakültəsinin məzunlarının böyük hissəsi, eyni zamanda ݮƵ magistrlərı Az-Granata MMC şirkətində çalışırlar. 2016/17-ci tədris ilindən isə tələbələr Az-Granata şirə və şərab emalı zavodunda istehsalat təcrübə keçəcəklər.