Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) Sağlam müəllim sağlam tələbə adlı voleybol yarışı keçirilib. ݮƵ-in müəllim və tələbələri arasında keçirilən ilk oyunda tələbələrdən ibarət komandanın məşqçisi Vahid Yolçuyev olub. Gərgin keçən mübarizə tələbələrdən ibarət komandanın 3-2 hesablı qələbəsi ilə başa çatıb.
ݮƵ-də hər ay Sağlam müəllim, sağlam tələbə adlı futbol, voleybol, stolüstü tennis, şahmat və badminton yarışları təşkil ediləcək. Yarışlar Müəllim güc mənbəyidir devizi altında keçirilir. Bu deviz altında keçirilən layihələrin məqsədi ݮƵ-in professor-müəllim heyətinin həm tədris, həm də ictimai-sosial sahədə aktivliyinin artırılması, müəllim peşəsinin aliliyinin təbliği, tələbələrlə müəllimlər arasında səmimi əlaqələrin yaradılmasıdır.