ݮƵ


ݮƵ Könüllüləri Təşkilatının sədri
Fatimə Məmmədli

-:[email protected]
Telefon: +(994) 12 497-58-71
Bakı, Həsən Əliyev 135 (II ə binası, otaq 106)

ݮƵ Könüllüləri Təşkilatı haqqında

ݮƵ Könüllüləri Təşkilatı ݮƵ Elmi Şurasının 31.05.2020-ci il tarixli qərarı ilə yaradılmış və fəaliyyətə başlamışdır.

Təşkilatın yaradılmasında əsas məqsəd şəxsi inkişafa meyilli, istedadlı tələbələrlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, tələbələrdə ilkin əmək vərdişlərinin formalaşması ilə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir.*

Təşkilatın strukturu:

1. Təşkilatın sədri
2. Sədrin 1-ci müavini
3. Sədrin müavini
4. Sədrin köməkçiləri
5. Sədrin müşavirləri
6. Təşkilatın korpuslar üzrə koordinatorları
7. Təşkilatın sektor rəhbərləri
8. Təşkilatın şöbə müdirləri

Təşkilatın əsas vəzifələri:

  1. Tələbələrin şəxsi inkişafının təmin edilməsi üçün sistemli iş aparmaq və mövcud əmək potensialları nəzərə alınmaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək.
  2. Tələbələrdə könüllü fəaliyyətə maraq yaratmaq, onların əmək vərdişlərini inkişaf etdirmək.
  3. Tələbələrdə ilkin əmək vərdişlərinin formalaşdırılması istiqamətində sistemli iş aparmaq.
  4. Tələbələrin ݮƵ-in müvafiq struktur bölmələrində (kitabxana, şöbələr, mərkəzlər, departamentlər və s.) təşkilatlanmasını təmin etmək.

*
ݮƵ Könüllüləri Təşkilatına ݮƵ tələbələri üzv olmaqla Könüllü fəaliyyətin iştirakçısı ola bilərlər.

Təşkilatın layihə rəhbəri və sədri Maliyyə və mühasibat fakültəsinin tələbəsi Orxan Vəliyev olub. 

01.06.2024-cü ildən 01.06.2025-ci il tarixədək ݮƵ Könüllüləri Təşkilatının Cəmiyyətinin sədri Xatirə Amil qızı Talıbzadə (İqtisadiyyat və İdarəetmə fakültəsi, qr. 126) seçilib.*


ݮƵ Könüllüləri ƏSASNAMƏ