ݮƵ-in aliminin tədqiqat işi dünyanın ən böyük istinad bazası olan Scopus və Web of Science məlumat bazasına daxil edilib.
ݮƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının dosenti İnara Rzayevanın həmmüəllifi olduğu elmi məqalə Scopus məlumat bazasına daxil olan (İSSN 1877-0509 online, 120 (2017), təsir faktoru (CiteSCore):1.01) jurnalında dərc olunub.
ݮƵ aliminin tədqiqat işi BMT-nin FAO-nun ərzaq təhlükəsizliyi proqramı çərçivəsində nəticələrin monitorinqi və hesabat vermə üçün qeyri-səlis koqnitiv model inkişafı (Fuzzy cognitive model development for monitoring of results and reporting within the UN FAO food security program mövzusunda olub. Elmi əsərin digər müəllifləri isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Elxan Əliyev ilə Nicat Əsgərovdur.
Elmi tədqiqat işi eyni zamanda Clarivate Analitics şirkətinin bazasına da daxil edilib.