Noyabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Beynəlxalq İqtisadiyyat Məktəbində növbəti açıq dərs keçirilib.
Xarici dillər kafedrasının müəllimi Aynur Mirzəyevanın tədris etdiyi ingilis dili dərsinin mövzusu Medical English olub. İnteraktiv metodlara əsaslanan dərsdə I kurs tələbələrinə xaricdə həkimə müraciət etmək qaydaları, simptompların təsviri, tibblə bağlı idiomlar barədə məlumat verilib. A.Mirzəyeva role play metodundan istifadə edərək, tələbələri yerli həkim və əcnəbi xəstə qrupuna bölüb. Əcnəbi vətəndaş həkimlərə ingilis dilində səhhətlərindəki narahatlıqları bildiriblər. A.Mirzəyeva bu metodun tələbələrin xarici dildən istifadə edərkən qarşılaşdıqları bəzi baryerlərin aradan qaldırılmasında kömək olacağını bildirib.
Qeyd: Noyabrın 7-dən Beynəlxalq İqtisadiyyat Məktəbində açıq dərslərə start verilib. Fakültə rəhbərliyi və müəllimlərin də iştirak etdiyi açıq dərslər davam edəcək.