Azərbaycan üzrə Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov və ofisin əməkdaşı Aygün Rüstəmli Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) olub.
ݮƵ-in Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ mübadilə proqramında iştirak edən müəllim və tələbələrlə görüşdə proqram ilə qazanılan uğurlardan danışılıb, təcrübə və təəssüratlar paylaşılıb. Erasmus+ mübadilə proqramının birinci əsas fəaliyyət növü üzrə bir çox Avropa ölkələri ilə tələbə-müəllim mübadiləsi sahəsində fəal əməkdaşlığın müsbət effektləri barədə fikir mübadiləsi aparılıb. ݮƵ-in müəllim və tələbələri proqramda daha optimal iştirak üçün təkliflər səsləndiriblər. Qeyd olunub ki, ali təhsil müəsissələrinin beynəlmiləlləşməsi və əlaqələrinin genişləndirilməsi üçün Erasmus+ proqramı böyük imkanlar yaradır və ݮƵ-in bu proqramda fəal iştirakı daha da artırılacaq.