ݮƵ

ݮƵ istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam

12 YANVAR 2018 | VIEWS:

ݮƵ istedadları layihəsində magistrimiz rəssam Nigar Təhməzovanı təqdim edirik:

Nigar Təhməzova 1993-cü il yanvarın 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 248 saylı məktəbdə alıb. Məktəbi bitirdikdən sonra ݮƵ-in Kommersiya fakültəsində eyniadlı ixtisas üzrə bakalavr təhsili alan Nigar, magistr təhsilini də burada Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində davam etdirir. Hazırda logistika ixtisası üzrə magistr təhsili alır. Eyni zamanda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.

Təhsil aldığı ixtisasdan tamamilə fərqlənən rəssamlıq Nigarın ən sevimli məşğuliyyətidir. Çəkdiyi rəsmlərdə özünəməxsus tərziylə seçilən ݮƵ magistri rəssamlıq üzrə təhsili və müəlliminin olmadığını dilə gətirərək, fərqli mövzulara öz duyğu və obyektivindən yanaşdığını, onları yansıtmağa çalışdığını deyir. Rəsm çəkmək onun üçün hisslərini ifadə etməyin ən gözəl vasitədir. Bir çox xarici sayt və jurnallarda Nigarın yaradıcılığı barədə məqalələr dərc edilib. Onun əl işlərinə yerli və xarici sərgilərdə rast gəlmək olar. Milli dəyərlərimizi gördüyü işlərdə yaşatmağa çalışan Nigar, çəkdiyi rəsmlərdə naxışların incəliyi, rənglərin ahəngi, dərin məna və düşündürücülüyü ilə məhz bu pəncərədən onun əsərlərinə baxılmağa və öz sehirli dünyasına dəvət edir. Bununla yanaşı, Nigar mütəmadi olaraq düşüncələrini qələmə alaraq oxucularla bölüşməyi çox sevir: Yaradıcı olmaq üçün istədiyimiz qədər ilham mənbəyi tapmaq olar. Hiss və düşüncələrimizi qorxmadan dilə gətirməyimiz və yansıtmağımız bəzən özümüzün və bəlkə də hələ kəşf olunmamış istedadımızın aşkara çıxmasına səbəbdir.

N.Təhməzovanın əl işləri ilə onun  səhifəsindən tanış ola bilərsiz.

ݮƵ istedadları

ݮƵ istedadları MurAn qrupu (29.12.2017)
Rəhilə Məmmədzadə ݮƵ istedadları: memar və müğənni (8.12.2017)
ݮƵ istedadları Best Model of Azerbaijan 2017 qalibi (1.12.1017)
Sərxan Cəfərov ݮƵ istedadları   şair və rəssam  (27.11.2017)
Elnur Musayev  ݮƵ istedadları- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov  ݮƵ istedadları model tələbə(10.11.2017)
Anar Bağırov ݮƵ istedadları gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov ݮƵ istedadları tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə ݮƵ istedadları tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova  ݮƵ istedadları – tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə ݮƵ istedadları rəssam tələbə(29.09.2017)