ݮƵ

Voleybol və futbolçularımızdan yeni qələbə

28 APREL 2016 | VIEWS:

Aprelin 28-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) İqtisadçı voleybol və futbol komandaları ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən Respublika çempionatında yenidən qələbə qazanıb. ݮƵ-in İqtisadçı voleybol komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasına 2:0 hesabı ilə qalib gəlib. İqtisadçı futbol komandası isə 8:4 hesabı ilə Bakı Texniki kollecinin komandasını məğlub edərək növbəti oyun mərhələsinə vəsiqə qazanıb.

Komandalarımızı təbrik edirik!

*
Qeyd:
 Aprelin 27-də ݮƵ-in İqtisadçı futbol komandası Dəniz Balıq kollecinin komandasını 17:4, İqtisadçı voleybol komandası isə Bakı Slavyan Universitetinin Slavyan komandasını 2:0 hesabı ilə məğlub edib.

*
Respublika çempionatı haqqında

Ali təhsil müəssisələrinin tələbələri arasında Respublika çempionatı Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin dəstəyi, Təhsil Respublika İdman Mərkəzi və Gənclik Tələbə İdman Cəmiyyəti Respublika Şurasının birbaşa təşkilatçılığı ilə keçirilir. Respublika Çempionatının proqramına 10 idman növü daxildir. Bunlar mini futbol, basketbol, stolüstü tennis, şahmat, veloidman, badminton, voleybol, atletika, yunan-roma güləşi və sərbəst güləş idman növləridir.