ݮƵ

ADA Universitetinin professorları ݮƵ-də

10 NOYABR 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (ݮƵ) ilə ADA Universiteti birgə layihəyə start verib. Layihənin məqsədi ADA Universitetinin öz tələbələrinə təklif etdiyi imkanlardan ictimaiyyətin də faydalanmasına imkan yaratmaqdır. Layihəyə çərçivəsində ADA Universitetinin professorları ݮƵ-də bir günlük açıq dərslər keçəcəklər.

İlk açıq dərs SABAH qrupunda keçirilib. Əvvəlcə tələbələrə ADA Universiteti barədə ətraflı məlumat verilib. Sonra Dr.Omar Farooq SABAH tələbələrinə ingilis dilində Qismətləndirmə vəsaitləri mövzusunda seminar keçib. İnteraktiv tədris metodlarının tətbiq edildiyi dərsdə Dr.Omar Farooq tələbələrin mənimsəmə bacarığını müsbət dəyərləndirərək, onların müzakirə qabiliyyətlərini yüksək qiymətləndirib.

ADA Universitetinin professorlarının açıq dərsləri sabah Beynəlxalq İqtisadiyyat Məktəbində davam etdiriləcək.