Nəzrin Əlizadə 1999-cu ildə Bakıda anadan olub. Orta təhsilini 19 nömrəli tam orta məktəbdə alıb. Hazırda ݮƵ-in 2-ci kursunda biznesin idarəedilməsi ixtisası üzrə qiyabi təhsil alır. Eyni zamanda Azerbaijan Coca-Cola Bottlers şirkətində və ݮƵ Enactus komandasında qrafik dizayner kimi fəaliyyət göstərir.
Uşaq vaxtından rəsmə və komikslərə olan marağı onu baş qəhrəmanı özü olduğu komikslər aləminə gətirib. Nəzrinin dizayn proqramları vasitəsilə kompüterdə hazırladığı silsilə komiksləri sosial şəbəkələrdə geniş yayılıb. Böyük Britaniya və Türkiyənin məşhur internet komiks səhifələrində onun komiksləri tərcümə olunaraq paylaşılır və istinad edilir. Nəzrinin dizayn etdiyi açıqça və dəvətnamələrə ABŞ, Çexiya və Cənubi Koreyada böyük maraq var.
N.Əlizadənin şirkət üçün hazırladığı reklam posterlərinə ölkənin bir çox iaşə xidməti müəssisələrində və kinoteatrlarında rast gəlmək mümkündür. Onun ən böyük arzusu komiks jurnalı nəşr etmək və özünün yaratdığı personajlardan ibarət cizgi filmləri yaratmaqdır. Nəzrin komikslərində təsvir etdiyi mövzuları real həyatdan götürdüyünü deyir. O, ݮƵ-in Enactus komandasının üzvlərinin komiks personajlarını da yaratmağı unutmayıb.
N.Əlizadənin komiksləri ilə onun ə səhifələrindən tanış ola bilərsiniz.
ݮƵ istedadları
ݮƵ istedadları: Tələbə-fotoqraf (19.01.2018)
ݮƵ istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
ݮƵ istedadları MurAn qrupu (29.12.2017)
ݮƵ istedadları: aktyor tələbə(22.12.2018)
Rəhilə Məmmədzadə ݮƵ istedadları: memar və müğənni (8.12.2017)
ݮƵ istedadları Best Model of Azerbaijan 2017 qalibi (1.12.1017)
Sərxan Cəfərov ݮƵ istedadları şair və rəssam (27.11.2017)
Elnur Musayev ݮƵ istedadları- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov ݮƵ istedadları model tələbə(10.11.2017)
Anar Bağırov ݮƵ istedadları gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov ݮƵ istedadları tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə ݮƵ istedadları tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova ݮƵ istedadları – tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə ݮƵ istedadları rəssam tələbə(29.09.2017)